Accessibility links

Pentaqon Birləşmiş Ştatlara qarşı mümkün terror hücumuna cavab planı hazırlayıb


”Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ hərbi qüvvələri Birləşmiş Ştatlara qarşı mümkün terror hücumlarına cavab üçün hərbi plan hazırlayıb. Qəzet bildirir ki, hərbi qüvvələrin rəsmiləri eyni zamanda həyata keçirilməsi mümkün olan 15 potensial böhranlı vəziyyətdən çıxmaq üçün hazırlıq planları üzərində işləyiblər. Vaşinqton Post planı hazırlayan hərbi qüvvələrin rəsmilərinə əsasən xəbər verir ki, hərbi qüvvələr kütlələri idarə etməkdən tutmuş müxtəlif vəziyyətlərdə nəzarəti ələ almaq qabiliyyətinə malikdir. Hərbi ppanı hazırlayanların sözlərinə görə, 3 min əsgərdən ibarət çevik qüvvələr Birləşmiş Ştatlarda hər hansı bir hücuma cavab verməyə hazırdır və dəyən zərərin miqyası və mülki müdafiə qruplarının qabiliyyətindən asılı olaraq, bu rəqəm arta bilər. Bu, Birləşmiş Ştatların hərbi qüvvələrin ölkə daxilində ilk hərbi əməliyyat planıdır, belə ki, mülki mühafizə orqanlarının birbaşa iştirakı ABŞ-da qanunla qadağandır. Müdafiə nazirliyi bildirir ki, əsgərlərlərdən əsasən, polis, yanğınsöndürənlər və digər mülki qurumlara yardım üçün istifadə ediləcək. Lakin “Vaşinqton Post” yazır ki, rəsmilərin sözlərinə əsasən, hərbi qüvələr bir sıra vəziyyətlərdə məsuliyyəti öz üzərinə götürəcək.
XS
SM
MD
LG