Accessibility links

Altıtərəfli danışıqlar yenidən bərpa olundu


Şimali Koreyanın nüvə proqramı barədə altıtərəfli danışıqlar yenidən bərpa olundu. Danışqılar Şimali Koreyanın nüvə proqramının dinc mahiyyət daşıdığını iddia etməsi və Birləşmiş Ştatların buna etirazını bildirməsindən sonra bir ay əvvəl təxirə salındıqdan sonra yenidən start alıb. Yaponiya, Koreyalar, Rusiya və Birləşmiş Ştatların nümayəndə heyətləri Çinin ev sahibliyi etdiyi danışıqlara bu gün Pekində başlamışlar. Birləşmiş Ştatların nümayəndəsi Krispofer Hill Şimali Koreyanın artıq danışıqlara aydın mövqe ilə qayıdacağına ümid etdiyini bildirir. Bu gün Çinin xəbərlər agentliyi Şimali Koreyanın nümayəndə heyətinin başçısı Kim Gyö-qvana istinadən bir daha Pxenyanın dinc mahiyyətli nüvə proqramını inkişaf etdirməyə haqqı olduğunu bildirib. Qeyd edək ki, bugünkü danışıqların dördücü raundu üç dəfə nailiyyətsizliyə uğrayan müzakirələrin davamıdır.
XS
SM
MD
LG