Accessibility links

Amerikada köklərin sayı artmaqdadır


Amerikalıların əksəriyyəti ya kök, ya olduqca kökdür. Amerikanın Sağlamlıq Etimadı təşkilatının bu yaxınlarda nəticələrini açıqladığı araşdırmaları Amerikada artıq çəki probleminə həsr edilib. Hesabatda deyilir ki, amerikalıların 64 faizinin çəkisi artıqdır. Bu, 120 milyon insan deməkdir. 24 faiz amerikalının çəkisi isə olduqca artıqdır. ABŞ-ın səhiyyə nazirliyi hazırda köklərin 2010-cu ilədək 50 faizə endirilməsi proqramını həyata keçirməyə çalışır. Hesabatda deyilir ki, Amerikanın Oreqon ştatı istisna edilməklə, hər bir ştatda köklərin sayı artmaqdadır.10 ştatda hədsiz dərəcədə artıq çəkiyə malik olanlar 25 faiz təşkil edir. Bu ştatların 7-si cənub-şərq bölgəsində yerləşir. Missisipi köklərin göstəricisi ən yüksək olan ştatdır. Sonrakı yerləri Alabama, Qərbi Virciniya, Luiziana və Tennisi ştatları tutur. Amerikanın Sağlamlıq Etmadı Təşkilatı hökumətin bu sahədə göstəridiyi səylərini artıqmasının vacibliyini qyed edir. Belə ki, köklük ürək, diabet kimi xəstəliklər və digər ciddi sağlamlıq problemlərinin əsasıdır. Bu xəstəliklərin müalicəsi daha baha başa gəlir. Tənqidçilərin firkrincə insanların yemək hazırlaması və ya nə yemələrinə nəzarət etmək mümkün deyil. Lakin hesabatda deyilir ki, federal, ştat və yerli hökumətlərə fiziki aktivlik, sağlam yemək kursları, məktəblilərin sağlam yeməklə təmin edilməsi və bədən tərbiyəsi dərslərinin artırılması kimi siyasətlərə əl atmasını məsləhət görür.
XS
SM
MD
LG