Accessibility links

ABŞ daha bir təbii fəlakət qarşısındadır


Ofelia qasırğası güclü külək və yağışlarla Şimali Koralina ştatının sahillərinə yaxınlaşıb. Beləliklə bu, gözlənilən 11 fut, yəni 3.3 mertlik daşqınlardan xəbər verir. Lakin qasırğanın sürəti gözlənildiyindən daha az, saatda 11 km olub. Küləyin sürəti əvvəlcə saatda 137 km idi. Şimali Koralina ştatının 50 000 sakini elektriksiz qalmış, külək elektrik xəttləri və ağacları qırmışdır. Məktəblər bağlanmış, 100-dən artıq adam ibtidai məktəb binalarında sığınacaq tapmışdır.
XS
SM
MD
LG