Accessibility links

İraqın Tuz Xurmatu şəhərində intiharçı hücumu olub


İraq rəsmilərinin bildirdiyinə görə, Tuz Xurmatu şəhərinin mərkəzindəki Əl-Rasul Əl-Əzəm məscidinin yaxınlığında intiharçı hücumu nəticəsində azı 10 nəfər həlak olmuş, 20-dən çox adam isə müxtəlif bədən xəsarəti almışdır. Tuz Xurmatu şəhərinin polisi bildirir ki, intiharçı maşınını şiələrin məscidi yaxınlığında saxlamış və orada da partlatmışdır. İraq rəsmiləri isə bildirirlər ki, yaraqlıların son üç gün ərzində həyata keçirdikləri əməliyyatları nəticəsində 200-dən çox adam həlak olub. Bağdad polisi bildirir ki, silahlı şəxslər bir qrup fəhləni atəşə tumaqla 3 nəfəri qətlə yetirmiş, 13 nəfəri isə yaralamışlar. Bu arada Birləşmiş Ştatların hərbi qüvvələrinin nümayəndəsi bildirir ki, Amerikanın hərbi təyyarələri Suriya sərhəddi yaxınlığındakı Karabilah və Haditha şəhərlərində terrorçuların məskunlaşdığı təxmin edilən binaları bombardman ediblər. Nəticədə terrorçuların şəhərlərdəki şəbəkələri dağılmış və 9 terrorçu da öldürülmüşdür.
XS
SM
MD
LG