Accessibility links

Dövlət katibi BMT-də islahatlar aparmağa çağırdı


Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays BMT nümayəndələrini qurumda islahatlar aparmağa çağırdı. O, bu gün BMT-nin baş assambleyasında etdiyi çıxışında BMT-ni bütün ortaq problemlərin həllinə və Terrorizm Convensiyasının təsdiqinə çağırdı. O dedi ki, ən böyük təhlükə terrorizm də daxil edilməklə, nüvə silahının yayılması və insan alveridir.

BMT-nin baş katibi Kofi Annan qlobal sammitin nəticələrini alqışlayaraq, əldə edilən razılıqların həyata keçirilməsinin cavibliyini vurğuladı. Cənab Annan dedi ki, BMT-nin bu ilki sammitində ələd edilən nailiyyətlər tarixi boyu keçirilən tədbirlərin heç birində olmamışdı.

Bu gün İran prezidenti Mahmud Əhmədinejadın Baş Assambleyada ölkəsinin nüvə proqramı ambisiyaları barədə danışacağı gözlənilir. Qeyd edək ki, Birləşmiş Ştatlar İranın gizli atom proqramına malik olduğunu iddia etsə də, İran bu proqramın sülh məqsədi daşıdığını deyir.

XS
SM
MD
LG