Accessibility links

Əl Qaidənin səlahiyyətli liderləri ələ keçirilib


ABŞ-ın İraqdakı hərbiçiləri çoxmillətli qüvvələrin Mosul şəhərində ƏL-Qaidənin yüksək səlahiyyətli liderlərini ələ keçirdiklərini bildirir. Deyildiyinə görə, onlar arasında Əl-Qaidənin Mosul və qərbi Mosul əmiri qruplarının üzvləri Taha İbrahim, Yasin Beçer və Hamed Səid İsmayıl Mustafa da var. Ordunun məlumatında bildirilir ki, cənab Beçer təşkilatın əməliyyatlarına başçılıq edir, İraq və koalisya qüvvələrinə qarşı hücumların məsuliyyətini daşıyır.

Eyni zamanda, bu gün İraq patruluna qarşı kamikadzi hücumu nəticəsində bir adam həlak olub, bir neçəsi isə yaralanıb. Bağdad yaxınlığındakı bir bazarda maşına yerləşdirilən bomba partlayışı 14 adamın ölümnə səbəb olub.

XS
SM
MD
LG