Accessibility links

Rusiya və ABŞ prezidentləri görüş keçirdi


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşla görüşmək üçün dünən Vaşinqton şəhərinə gəlmişdir. Görüşün məqsədi nüvə silahının yayılmaması da daxil edilməklə, iqtisadi sahədə əməkdaşlıq və terrorizmlə mübarizə məsələlərinin müzakirəsi idi. Dünən Ağ Evdə təşkil edilən görüş zamanı münasibətlərindəki gərginlik bir az hiss olunurdu. Danışıqlardan sonra müxbirlərlə görüş zamanı cənab Buş nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində iki ölkənin əməkdaşlığını xüsusi vurğuladı. Vaşinqton və onun müttəfiqləri Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə İran məsəsləsini BMT-nin Təhlükəszlik Şurasında qaldırılmasını istəyirdi. Lakin hər iki prezident bu fikrin baş tutmayacağına işarə etdi. Cümə axşamı İran lideri ilə görüşən prezident Putin BMT-nin İrana qarşı hər hansısa sanksiya tətbiq etməsindən əvvəl məsələni əlavə diplomatik yollarla həll etməyi təklif etdi. Hər iki ölkənin dövlət başçısı bildirdi ki, ölkələr arasında iqtisadi əlaqələr və imkanlar gələcəkdə enerji sahəsində əməkdaşlığa zəmin yarada bilər. Rusiyanın son zamanlar atdığı avtokrat addımlara gəldikdə, ABŞ prezidenti rusiyalı həmkarı Putinin Rusiyada demokratiya və azadlığın inkişaf etdiriləcəyi vədlərinə əməl edəcəyindən əminliyini dilə gətirdi. Liderlər terrorizmlə mübarizə və Birləşmiş Ştatların bu ilin axırında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə yardımı məsələlərini də müzakirə etmişlər.
XS
SM
MD
LG