Accessibility links

Nyu Orleanda təmizlik işləri aparılır


Nyu-Orleanın biznes sahibləri şəhərə qayıdıb, təmizlik işləri ilə məşğul olur. Şəhər meri Rey Nagin sahibkarları fransız kvartalı və digər yerlərə qayıtmağa çağırsa da, digər rəsmilər həmin bölgələrdə hələ də elektrik enerjisi və təmiz icməli suyun olmadığı barədə xəbərdarlıq verirlər. Qeyd edək ki, bəzi şəhər sakinlərinə də Nyu-Orleana qayıtmaq icazəsi verilib. Şəhərin yarısı hələ də su altındadır. Bu yerlərdə qırılmış elktrik xətləri, qaz sızması və zəhərli tullantılar hələ də böyük təhlükə təşkil edir.
XS
SM
MD
LG