Accessibility links

Kərbəlada təhlükəsizlik tədbirləri gücləndirilib


Minlərlə İraq polisi və hərbi qüvvələri şiə müsəlmanların ziyarətə toplaşdığı Kərbəla şəhərində təhlükəszlik tədbirlərini gücləndiriblər. Rəsmilər cümə günü şəhərə maşınların daxil olmasına icazə verməməklə, bomba hücumlarına mane olmağa çalışıblar. Kərbəlanın şimal bölgəsində iki maşına yerləşdirilən bomba partlayışları 7-si polis olmaqla, 8 adamın ölümünə səbəb olmuşdur. Bugünkü mərasimlər 11 əsr əvvəl şiə lideri İmam Mehdinin anadan olması münasibəti ilə keçirilir. Cənub Bəsrə şəhərində yaranan qarşıdurma zamanı iki iralı öldürülmüşdür. Bütün bunlarla yanaşı, Səddam Hüseynin qohumu bomba istehsalı ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.
XS
SM
MD
LG