Accessibility links

Şimali Koreya yeni tələb irəli sürüb


Şimali Koreya bircə gün əvvəl əldə edilən razılığın qarşısına böyük bir maneə çıxarıb. Belə ki, Pxenyan Birləşmiş Ştatlardan nüvə porqramını dayandırmazdan əvvəl dinc mahiyyətli nüvə reaktoru ilə təmin etməsini tələb edir. Şimali Koreya radiosu ilə yayımlanan xarici işlər nazirliyinin bəyataında deyilib ki, Amerika Birləşmiş Ştatlarından Şimali Koreyanın nüvə silahlarının yayılmamasına dair sazişə qoşulmadan, yüngül su reaktoru tələb edir. Xatırladaq ki, Şimali Koreya Rusiya, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-ın birgə bəyanatını qəbul edərək, nüvə silahları proqramı və bütün nüvə fəlaiyyətlərini dayandıracağına razılıq vermişdi. Müzakirə iştirakçıları Şimali Koreyanın mülki reaktorla təmin edilməsi məsələsini istisna etməmişlər. Lakin bunun Şimali Koreyanın proqramlarını dayandırdıqdan sonra mümkünlüyünə işarə etmişdilər. ABŞ-ın Dövlət Departamentinin rəsmiləri Şimali Koreyanın tələbini kəskin reaksiya ilə qarşılamışlar. ABŞ rəsmiləri bu tələbin razılıqda yer almadığını bildiriblər. Yaponiyanın xarici işlər naziri tərəflər arasında əldə edilən konsensusla Şimali Koreyanın bu kimi tələblərinin qəbuledilməz olduğunu bildirib. Şimali Koreya üçün lobbiçilik edən Cənubi Koreya belə bu tələbi qəbul etməyib. Cənuib Koreyanın xarici işlər naziri Li Kyu Hyung bildirib ki, bu, Pxenyanın noyabr ayında keçirilməsi planlaşdırılan danışıqlar zamanı yeni tələblər irəli sürəcəyi deməkdir. Lakin nazir Li eyni zamnda Seulun sülh mahiyyətli nüvə reaktoru ideyasını dəstəkləyə biləcəyini demişdir. Amerika və müzakirəçilər qrupunda yer alan digər ölkələr 1994-cü il razılığına əsasən Şimali Koreyanı nüvə reaktoru ilə təmin etməlidir. Bu razılığa əsasən Şimali Koreyanın plutonium proqramı dondurulmalıdır. Vaşionqton reaktorun inşasını 2002-ci ildə, Pxenyanın gizli nüvə proqramı üzərində işlədiyi ittihamı ilə dayandırmışdı. Bundan sonra Şimali Koreya beynəlxalq müfəttişlərin nüvə reaktorlarının yoxlanışına yol verməyərək, onları ölkədən çıxarmış və plutonium proqramını bərpa etmişdi. Təhlilçilərin fikrincə müzakirələr dilemma qarşısındaır. Belə ki, kimin nə və nə zaman, nə kimi işlər görəcəyi aydın deyil. ABŞ-la Şimali Koreya isə çox az inamla addımlar atır. Tərəflər biri digəri qarşısına yeni şərtlər qoyacağından ehtiyat edir.
XS
SM
MD
LG