Accessibility links

Təhlükəli Rita qasırğasına qarşı güclü tədbirlər görülür


Amerikanın federal və Texas, habelə Luiziana rəsmiləri bir ay ərzində ikini güclü qasırğadan əvvəl talelərini sınamaq istəmirlər. Belə ki, bir milyondan artıq əhalinin evlərini tərk etmələrinə göstəriş verilib. Xiasletmə dəstələri səfərbər edilmiş, iki min əsgərdən ibarət Milli Qvardiya qüvvələri fövqəladə vəziyyət elan edilən bölgələrə yerləşdirilmişdir. Bölgəyə əhalinin evakuasiyası məqsədi ilə yüzlərlə avtobus göndərilmişdir. ABŞ prezidenti Corc Buş demişdir ki, Kartinaya yavaş cavab bizə yaxşı dərs oldu. Daxili təhlükəszlik naziri Maykl Çertoff isə bildirib ki, bu dəfə qasırğadan bir addım irəlidə durmaq planlaşdırılıb. 5-ci kateqoriyaya aid edilən Rita qasırğasının şənbə günü saatda 260 km sürətlə Texas ştatına yaxınlaşacağı gözlənilir. Sinoptiklərin təxminlərinə görə qasırğa özü ilə bərabər şiddətli külək və güclü yağışlar gətirəcək. Nyu Orlean sakinlərinə qapılarını açan Texas ştatı təbii fəlakət qarşısındadır. Amerikada 1851-ci ildən etibarən bu qasırğaların tezliyi baxımından dördüncü mövsümdür. Rita isə qasırğa mövsümünün 17 nömrəli qasırğasıdır.
XS
SM
MD
LG