Accessibility links

Terrorizmlə mübarizədə itlər böyük rol oynayır


Əsrlərdir ki, itlərdən müxtəlif məqsədlər üçün istifadə edilir. Bu isə onaların iy hissləri ilə əlaqədardır. Terrorizmlə mübarizədə yüksək texnologiyaya geniş yer verilsə də, partlayıcı maddələrin müyyən edilməsində heç nə itlərlə müqayisə edilə bilmir. İtlərin treyninqi ilə məşğul olan Alkoqol, Tütün, Silah və Partlayıcı Maddələr Mərkəzi itlərin bu sahədə treyniniqini həyata keçirir. Mərkəzin bildirdiyinə görə, partlayıcı maddələrin əsas 6 tərkib hissəsinin müəyyən edilməsinə öyrədilən itlər 19 min müxtəlif partlayıcı komponentləri aşkar edə bilir. Mərkəz 1990-ci ildə açıldığı gündən etibarən dünyanın 19 ölkəsində bu kimi təlimlərə nəzarət edən 474 komandaya malikdir. Partlayıcı maddələri müyyən edən bir neçə qurğu mövcüddur ki, onların əldə edilməsi olduqca baha başa gəlir. Böyük burun və 4 pəncəli bu heyvanlarla hələ ki, heç nə müqayisə olunmur.
XS
SM
MD
LG