Accessibility links

Rita qasırğası Texas və Luizianaya yaxınlaşır


Amerikanın federal və Texas, habelə Luiziana rəsmiləri bir ay ərzində ikinci güclü qasırğadan əvvəl talelərini sınamaq istəmirlər. Belə ki, iki milyondan artıq əhalinin evlərini tərk etmələrinə göstəriş verilib. Xiasletmə dəstələri səfərbər edilmiş, iki min əsgərdən ibarət Milli Qvardiya qüvvələri fövqəladə vəziyyət elan edilən bölgələrə yerləşdirilmişdir. Bölgəyə əhalinin evakuasiyası məqsədi ilə yüzlərlə avtobus göndərilmişdir. ABŞ prezidenti Corc Buş demişdir ki, Kartinaya yavaş cavab bizə yaxşı dərs oldu. Daxili təhlükəszlik naziri Maykl Çertoff isə bildirib ki, bu dəfə qasırğadan bir addım irəlidə durmaq planlaşdırılıb. Indi 3-ci kateqoriyaya aid edilən Rita qasırğasının şənbə günü saatda 150 km sürətlə Texas və Luiziana ştatlarına yaxınlaşacağı gözlənilir. Sinoptiklərin təxminlərinə görə qasırğa özü ilə bərabər şiddətli külək və güclü yağışlar gətirəcək. Nyu Orlean sakinlərinə qapılarını açan Texas ştatı təbii fəlakət qarşısındadır. Amerikada 1851-ci ildən etibarən bu qasırğaların tezliyi baxımından dördüncü mövsümdür. Rita isə qasırğa mövsümünün 17 nömrəli qasırğasıdır
XS
SM
MD
LG