Accessibility links

Bəsrə hakimi Britaniya əsgərlərinin həbsinə göstəriş verib


Iraqın Bəsrə şəhərinin hakimi bazar ertəsi azad edilən Britaniya əsgərinin həbsinə göstəriş verib. Qərar Britaniyanın yerli həbsxanaya reydi ilə əlaqədardır. Həmin əsgərlər iki İraq polisinin qətli, birinin isə yaralanmasında ittiham edilir. Britaniya rəsmiləri həbslərlə bağlı sanksiyaların qanuni əsası olmadığını və əsgərlərinin Britaniya yurisdiksiyasına tabe olduqlarını bildirir. Bununla belə, şiələrin İslam İnqilabı Ali Şurasının lideri Əbdul Əziz Əl Hakim konstitusiya layihəsini təsdiq etmiş və şiələri gələn ay keçiriləcək milli referenduma “hə” deməyə çağırmışdır. Başqa bir xəbərdə isə bildirilir ki, Bağdadda intihar hücumu nəticəsində iki İraq əsgəri qətlə yetirilib.
XS
SM
MD
LG