Accessibility links

Human Rights Watch: Iraq həbsxanalarında məhbuslara işgəncə verilir


Human Rights Watch İnsan Hüquqları Təşkilatı 2003-2004-cü il ərzində Amerika əsgərlərinin İraqdakı həbsxanalarda məhbuslara işgəncə verdiyini bildirib. Dünən təşkilatın açıqladığı hesabatda bildirilir ki, Fəllucə şəhəri yaxınlığındakı məhbəsdə işgəncə hallarına yüksək rütbəli zabitlərin göstərişlərinə əsasən yol verilib. Qeyd edək ki, hesabatdakı bu faktlar iki serjant və bir kapitanın ifadələrinə əsaslanır. Hesabatda məhbusların müntəzəm şəkildə döyülmələri və huşlarını itirənədək fiziki işgəncələrə məruz qaldığı yazılır. Burada məhbusların dəriləri və gözlərinə kimyəvi maddələr sürtüldüyü, bir məhbusun ayağının metal alətlə sındırıldığı bildirilir. Amerikanın müdafiə nazirliyi qrupun bu hesabatı ilə ordunun işgəncələrlə bağlı istintaq apardığı vaxt onu qabaqlamağa çalışdığını bildirir.
XS
SM
MD
LG