Accessibility links

Pakistan:Bin Laden təcrid olunub


Pakistan iddia edir ki, Osama bin Ladenin ölkədə yherləşdirilən ünsiyyət şəbəkəsi dağıdılıb və terrorçu lider hazırda büsbütün təcrid edilib. Pakistanın hərbi sözçüsü General Mayor Şövkət Sultan bu gün İslamabadda jurnalistlərə bildirib ki, bin Ladenin ətraf dünya ilə ünsiyyəti hazırda yalnız əllə yazılmış mesajları ötürən kuryerlərlə məhdudlaşdırılıb. General bu məlumatı necə əldə etməsi haqda heç nə deməyib. Pakistan hökuməti terrorçu liderin gizləndiyi güman edilən Əfqanıstanla sərhəd regionda 80 min əsgər saxlayır. Pakistan Prezidenti Pervez Müşərrəf Amerika televziya kanalına verdiyi müsahibədə söyləyib ki, əgər bin Laden bu ərazidə aşkar edilsə o, ya həbsə alınacaq, ya da öldürüləcək.

XS
SM
MD
LG