Accessibility links

İsrail Qəzza Zolağına hücumlarını davam etdirir


İsrail Fələstin yaraqlılarının raket hücumlarına cavab olaraq dördüncü gündür Qəzza Zolağına hava hücumlarını davam etdirir. Hücumlar İsrailin baş naziri Ariel Şarona dünən başçılıq etdiyi Likud Partiyasındakı səsvermə zamanı qələbə əldə etməsinə yardım etdiyi bildirilir.

İsrailin hərbi təyyarəsi Qəzzanın körpuləri, küçələri və yaşayış binalarını hədəf almışdır. İsrail hərbiçiləri tərəfindən İordan Çayının Qərb Sahilində 90 partizanın ələ keçiriməsi ilə son həftə həbs edilənlərin sayı 400-ə çatmış olur. Həmas qrupunun hücumlarını dayandırdığını elan etməsi belə İsrailin hücumlarını dayandırmasına yardım etməmişdi. Xüsusilə Həmas qrupunun 50-yaşlı İsraillinın girov götürülməsi və qətlə yetirilməsinnin məsuliyyətini üzərinə götürməsindən sonra.

Bununla belə, dünən İsrail qüvvələrini Qəzza Zolağından çıxaran baş nazir Ariel Şaronun lideri olduğu Likud Partiyasındakı qələbəsi gözlənilməz oldu. Belə ki, Likud partiyasının sərt-xətt tərəfdarı üzvləri onun bu planının əleyhinə idi. Ariyel Şaronun əsas rəqibi İsrailin keçmiş baş naziri Natanyahu isə Şaronun hakimiyyətdən uzaqlaşdırılması kampaniyasını davam etdirəcəyinə and içib.

XS
SM
MD
LG