Accessibility links

Pakistanda sünni ekstremist qrupun lideri həbs edilib


Pakistanın təhlükəsizlik qüvvələri azlıqdakı şiələrə qarşı bir sıra hücumlar həyata keçirdiyini və axtarışda olan sünni militant qrupunun yüksək rütbəli nümayəndəsini həbs etdiyini xəbər verir. Pakistan hökuməti bu xəbəri hələlik təsdiq etməyib. Lakin xəbərlərə əsasən, axtarışda olan yaraqlı Asif Cotonun bir neçə gün əvvəl paytaxt İslamabadın ətraf qəsəbəsində həbs edildiyi bildirilir. O, fəaliyyəti qadağan edilmiş Ləşgəre Cəngi adlı sünni ekstremist qrupun lideridir. 1996-cı ildə qrup təşkil olduqdan bəri azlıqdakı şiələrə qarşı bir sıra hücumlar həyata keçirib. Qrup bu ilin əvvəllərində Kəraçidəki şiə məscidinə hücum edib və keçən il üç bomba hücumu həyata keçirərək 75-dən çox adamın ölümünə bais olub. Pakistanın siayasi təhlilçisi Həsən Əsgəri Amerikanın Səsinə deyib ki, qrupun fəaliyyəti 2001-ci ildə qadağan edilib. Onun Əl-Qaida terror şəbəkəsi və hakimiyyətdən devrilən Taliban rejimi ilə yaxından əlaqəsi var. Qrup həmçinin prezident Pərviz Müşərrəfə qarşı iki dəfə sui-qəsd təşkil etməkdə, 2002-ci ildə Amerika müxbiri Daniel Prarlın qətlində də təqisrləndirilir.
XS
SM
MD
LG