Accessibility links

Jəlali Əfqan hökumətini narkotik maddə ticarətinin qarşısını almağa çağırır


Əfqanıstanın istefaya getməkdə olan daxili işlər naziri Əli Əhməd Jəlali hökumət rəsmilərini ölkədəki qanunsuz narkotik maddə ticarətinin qarşısını almağa çağırıb. Prezident Karzai kabinetində nüfuzlu şəxslərdən biri olan cənab Jəlali bu çağırışı bugünkü mətbuat konfransında edib. Cənab Jəlali hökuməti narkotik maddə ticarəti ilə mübarizə səylərindən razı olmadığını bildirsə də, bu sahədə prezident və onun administrasiyasının bu mübarizəyə dəstək vermədiyinə dair fikirləri rədd edib. Əli Jəlali istefasının siyasi motivlərlə əlaqəsi olduğunu dair şaiyələrin yanlış olduğunu bildirib. O, cənab Karzaiyə seçkilər başa çatanadək gözləyəcəyinə söz verdiyini deyib.
XS
SM
MD
LG