Accessibility links

ABŞ hərbi qüvvələri İraqın qərbində hücum əməliyyatına başlayıb


ABŞ hərbçiləri İraqın qərbində yeni hərbi əməliyyata başlayıblar. Əməliyyatın məqsədi xarici döyüşçüləri və qiyamçıları məhv etmək və qarşıdan gələn 15 Oktyabr referendumu üçün təhlükəsizliyi gücləndirməkdir. Amerika hərbi rəsmilərinin dediyinə görə, bu gün minə yaxın marin, dənizçi və əsgər Suriya ilə sərhəddən 12 kilometr aralıda yerləşən Sadah şəhərinə hücuma keçiblər. Bu arada şimali Kərkük şəhərində yolkənarı bonmba partlayışı nəticəsində 3 polis zabiti həlak olub. Həmçinin bu gün Bağdad və Baycı məntəqələrində 2 Amerika əsgəri, Bəsrədə isə bir Danimarkalı əsgər qətlə yetirilmişdir.
XS
SM
MD
LG