Accessibility links

Müxalifət partiyaları prezidentliyə vahid namizəd barədə razılığa gəlmişlər


Belarusiyanın müxalifət partiyaları qələn il keçiriləcək prezident seçkilərində uzun müddət ölkəni idarə edən Aleksandr Lukaşenkoya qarşı vahid namizəd irəli sürmək barədə razılıq əldə etmişlər. Müxalifətın vahid namizədi 58 yaşlı akademik Aleksandr Milinkeviçdir. O, cənab Lukaşenkonun diktatorsayağı rəhbərliyinə son qoyulmasna yönələn dinc nümayişlərin tərəfdarıdır. Amerikanın Səsi radiosunun rus şöbəsinin dəyirmi masa söhbətində cənab Milinkeviç bildirmişdir ki, o, Belarusiya əhalisinin cənab Lukaşenkoya böyük dəstək verməsi barədə iddiaları qəbul etmir. Lakin cənab Milinkeviçin qələn il keçiriləcək seçkilərdə qalib çıxa biləcəyi barədə heç bir illüziyası yoxdur. O razılaşır ki, gərb ölkələri tərəfindən “Avropanın son diktatoru” kimi qəbul edilən cənab Lukaşenkonun müxalifət və müstəqil mətbuatı boğduğu bir şəraitdə, qələbə əldə etmək çətin olacaq. Cənab Milinkeviç Amerikanın Səsi radiosuna deyib ki, son illər ərzində Belarusiyada səsvermə bülletenlərini heç kəs ciddi hesablamır. Cənab Milinkeviçin fikrinə qörə indiki rejim seçkinin nəticələrini saxtalaşdıracaq və prezident Lukaşenko səslərin ən azı 75 faizini toplayacaq. Lakin müxalifətin nümayəndəsi əmindir ki, Belarusiya xalqı qələcək müqəddaratını özü həll edəcək. Aleksandr Milinkeviç deyib ki, onun başçılıq etdiyi içtimai hərəkat qeniş siyasi kampaniya başlamaq niyyətindədir və nəyin bahasına olarsa-olsun həqiqəti bildirmək əzmindədir.
XS
SM
MD
LG