Accessibility links

ABŞ Ali Məhkəməsində həkimin yardımı ilə intihar məsələsinin müzakirəsi başlayıb.


Mübahisələrə səbəb olmuş “ölmək hüququ” adı ilə tanınan bu qanun ABŞ-ın yalnız Oreqon ştatında tətbiq edilir. Ali Məhkəmə federal hökumətin 1997-ci ildə Oreqon ştatında qəbul edilən qanuna əsasən, həkimlərin müalicə olunmayan xəstələrə ölümcül dərman dozası verməsinə icazə verib-verməməsi məsələsilə bağlı qərar qəbul etməlidir. Baş hüquqşünas Pol Klement bəyan edib ki, bu qərar dərmanlar haqda federal qanuna ziddir və həkimlərin müalicə etmək rolu ilə bir araya sığmır. Lakin Oreqon ştatı tibbi məsələləri ştat daxilində həll etmək səlahiyyətinə malik olduğunu bildirir. Sabiq baş prokuror Con Aşkroft 2001-ci ildə ilk dəfə qanuna qarşı gedərək, həkimlərin xəstələrin həyatına son qoymaq üçün onlara federal hökumətin nəzarət etdiyi dərman preparatları verməsini cinayət kimi səciyyələndirmişdi. Oreqon ştatı məhkəmə işi açaraq, cənab Aşkroftun öz səlahiyyətlərini aşdığını bildirmişdir. Yerli məhkəmələr iki dəfə məsələni Oreqon ştatının xeyrinə həll etmişdilər.
XS
SM
MD
LG