Accessibility links

Birləşmiş Ştatlarda neft qiymətləri


Birləşmiş Ştatlarda neft qiymətlərinin rekord səviyyədə qalxması nəticəsində benzinə olan tələbatın azaldığı barədə xəbərlərə investorların rəaksiya göstərməsi nəticəsində dünya bazarlarında neft qiymətləri iki aydan bəri ən aşağı səviyyəyə enib. Nyu York Əmtiə Birjasında bir barrel xam neftin qiyməti 60 dollar 70 sent olub. Bu isə dünənki neft qiymətlərindən bir dollar Avqustun axırındakı qiymətlərdən isə on dollar aşağıdır. İnvestorların satışda tələsmələrinə və beləliklə qiymətlərin aşağı düşməsinə dünən ABŞ administrasiyasının keçən ay neft istehlakının keçən ilkiylə müqaisədə 3 faiz azaldığını bildirməsi səbəb olub.
XS
SM
MD
LG