Accessibility links

C.Buş terrirzmlə bağlı növbəti çıxışını etdi


ABŞ prezidenti Corc Buş Milli Demokratiya Fondunda etdiyi çıxşı zamanı Amerikanın İraqdakı hərbi mövcudluğunun islam radikalizminə təkan verdiyinə dair iddiaları rədd edib. Prezident deyib ki, isıam militant ünsürləri İraqda Amerikanın müdaxiləsindən əvvəl belə mövcud idi və İraq bəhanə kimi göstərilənədək mövcud olacaq. ABŞ prezidenti totalitar ideologiyaya malik olan militant hərəkatını kəskin şəkildə pisləyərək, bu ideologiyanın keçmişə, bəşəriyyətin inkişafının əleynhinə yönəldiyini bildirib. ABŞ prezidenti İraqdakı durumun sadə olmadığını etiraf etsə də, yeni konstitusiya ilə bağlı refendumdan iki həftə əvvəl vəziyyətin sabit olduğunu deyib. Prezident Buş üçü Amerikada olmaqla, dünya ölkələrinə qarşı on terror hücumu cəhdinin qarşısının alındığını deyib. Lakin prezident bu haqda təfərrüat verməyib. Corc Buşun çıxışı onun İraq siyasətini dəstəkləyənlərin sayının azaldığı bir vaxta təsadüf edir.

XS
SM
MD
LG