Accessibility links

Cənubi Şərqi Asiya dövlətlərinin nazirləri BMT-nin quş qripinin yayılmasına qarşı hazırladığı tədbir planını təsdiq etmişlər.


Cənubi Şərqi Asiya dövlətlərinin nazirləri BMT-nin quş qripinin yayılmasına qarşı hazırladığı tədbir planını təsdiq etmişlər. BMT səhiyyə agentliyi artıq bu regionda yerləşən ölkələri xəbərdar edib ki, quş qripi epidemiyasının yayılması 7,4 milyon insanın məhvinə bais ola bilər.

Cənubi-Şərqi Asiya Millətləri Assosiasiyasının üzvləri son 2 ildə bütün Asiya boyu yayılmaqda olan quş qripinə qarşı koordinasiyalı mübarizə aparmağın vacibliyini vurğulamışlar. İnsanlar arasında yalnız xəstə quşlarla təmsada olan adamlar H-5-N-1 virus növunə yoluxmuşlar. Amma alimlər ehtiyat edirlər ki, virus daha təhlükəli forma alaraq insandan insana keçə bilər, və bununla da sürətlə yayılar. Dr. Antoni Fauçi ABŞ Allergiya və İnfeksioner Xəstəliklər İnstitutunun direktorudur. Artıq söhbət insanlar arasında H-5-N-1 virusunun yayıla biləcəyindən getmir. Söhbət ondan gedir ki. hazırkı vəziyyət belə bir epidemiyanın yaxın zamanlarda başlayacağından xəbər verir. Birləşmiş Millətlər Təşkilatı belə bir epidemiya başlanacağı halda qlobal səylərə başçılıq edəcək koordinator təyin edib. Bu vəzifədə çalışan David Nabarronun hesabalamalarına görə insan itkiləri 5 milyondan 150 milyon arasında ola bilər. Bu mesaj Amerika qanunvericilərini bərk narahat etməkdədir. Ötən həftə Amerika Senatı anti-qrip dərman ethiyatlarının toplanması və potensial epidemiyaya qarşı mübarizə aparmaq məqsədilə 4 milyard dollar pul ayırıb. Hazırda Amerikada quş qripinə qarşı istifadə edilmək üçün təsdiq olunan yeganə dərman Tamifludur. Lakin Amerika səhiyyə işçiləri bu dərman ehtiyatlarının kifayət qədər olmamasından narahatdırlar.

Artıq indidən Honq Konqdun səhiyyə rəsmiləri bildirirlər ki, quş qrişpi virusu əldə olan dərmanlara müqavimət göstərir. Bu isə virusun getdikcə güclənməsindən xəbər verir.

XS
SM
MD
LG