Accessibility links

2005-ci ilin Nobel sülh mükafatına BAEA-i və agentliyin rəhbəri Məhəmməd Əl-Bəradei layiq görülüb


2005-ci ilin Nobel sülh mükafatı Beynəlxalq Atom Enerjisi Agenlitiyi və agentliyin rəhbəri Məhəmməd Əl Baradeiyə verilib. Məhəmməd Əl-Baradei deyir ki, o, ilk dəfə mükafat aldığını telviziyada mükafat mərasiminın canlı yayımına baxarkən öyrəndi. Sonra mən norvec dilində “Beynəlxalq Atom Enerjisi Agentliyini və öz adımı -- qeyd edim ki, Norvec dilində də bu ad eyni səslənir -- eşitdim. Və həyat yoldaşımla bir-birimizi qucaqlayıb öpərək böyük sevinc və fəxarət hissi keçirirdik. BMT-nin nüvə nəzarəti ilə məşğul olan agentliyinə rəhbərlik edən 63 yaşlı misirli hüquqşünas və sabiq diplomat üçün bu misli görünməmiş şərəf idi. Mən BMT agentliyinin işinin tanınmasından böyük qürur və şərəf hissi duyuram. Fikrimcə bu mükafat bu gün dünyada üzləşdiyimiz bir nömrəli təhlükənin anlanmasından xəbər verir. Və bu təhlükə də nüvə silahlarının yayılması, minlərlə atom bombasının mövcudluğu və nüvə terrorçuluğunun perspektivləridir. Məhəmməd Əl-Baradei deyir ki, mükafat onun rəhbərlik etdiyi agentliyin indiki və gələcək problemlərin həlli yönümündə riayət etdiyi çoxtərəfli yanaşmanın mühümlüyünü göstərir. Mükafat əsasən güclü mesaj göndərir ki, gördüyünüz işləri davam edin. Obyektiv olun, bütovlüklə çalışın, hakim qüvvələrin qabağından çəkilməyin, mən bunları etməkdə davam edəcəyəm. Bu şərəfləndirmənin mühüm cəhəti ondan ibarətdi ki, bu mənim dəyanətimi möhkəmləndirəcək. Bu agenltik tamını gücləndirəcək. Bizim işimizə belə yüksək səviyyədə ictimai dəstəyin verilməsi, həm də bizə qarşımızda duran nəhəng problemlərin həll ində kömək edəcək. Ələxüsus da mən burada Şimali Koreyanın və İranın nüvə yanacağı proqramlarını nəzərdə tuturam. Bu həm məsuliyyət , həm də ruhlandırıcı elementdir. Nobel Komitəsinin prezidentinin mənə dediyi kimi: Biz sizə gümrahlandırıcı maddə veririk ki, öz çətin işinizdə ürəkli olasınız. Cənab Əl- Baradei sülh mükafatını rəsmən dekabrda Oslo şəhərində keçiriləcək mərasimdə alacaq.

XS
SM
MD
LG