Accessibility links

İraqda zorakılıqlar davam edir


Bu gün İraqda bir Amerika əsgəri daxil edilməklə, 11 adam həlak olub. Tələfata səbəb yeni konstitusiya layihəsi ilə bağlı refrendumdam beş gün əvvəl həyata keçirilən bomba partlayışqları və atışmalar olub. Amerika əsgərinin Bağdad səhərinin Yaşıl Zonası yaxınlığındakı yoxlanış məntəqəsindəki partlayış səbəbi ilə həlak olduğu bildirilir. Paytaxtda bundan əlavə Ərəb Liqasının nümayəndə heyəti silahlı şəxslər tərəfindən atəşə tutulub. Tələfat barədə məlumat verilmir. Qeyd edək ki, hücumlar parlamentdə əksəriyyət təşkil edən şiə və kürd müzakirəçilərin sünnülərin konstitusiyanı dəstəkləməsi ilə bağlı danışıqları vaxtına təsadüf edir.
XS
SM
MD
LG