Accessibility links

Müzəffərabad sakinlərinə yardım daşınır


Pakistan rəsmiləri şənbə günü baş verən zəlzələnin dağıntıları nəticəsində bir çox şəhər və kənd yollarının bağlandığını nəzərə alaraq, əraziyə vertolyotlar və hərbi maşınlar vasitəsilə təcili yardım göndərir. Hərbi maşın karvanları zəlzələdən ən çox zərər çəkən Pakistan Kəşmirinin paytaxtı Müzəffərabada humanitar yardım gətirib. Bu şəhərin minlərlə sakini iki gündür açıq havada qalıb. Rəsmi məlumata əsasən həlak olanların sayı 20 000-dən çoxdur. Xilasetmə briqadalarına başçılıq edən yüksək rütbəli bir zabit həlak olanların sayı 35-lə 40 000 arasıındadır. Hindistan Kəşmirində isə 1300 nəfərin öldüyü bildirilir.
XS
SM
MD
LG