Accessibility links

Səddam Hüseyn məhkəmə qarşısına çıxarılır


İraqın sabiq lideri Səddam Hüseyn sabah 1982-ci ildə 143 mülki iraqlının qətli ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. Qeyd edək ki, məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı. Səddam Hüseynin vəkilinin bildirdiyinə görə, işlə daha yaxından tanışlıq məqsədi ilə o, prosesin gecikdirilməsini istəmişdi. Səddam Hüseyn və onun keşmiş rejiminin 7 üzvü günahkar tanınsa, ölüm cəzasına məhkum edilə bilər. İnsan hüquqları təşkilatı Human Rights Watch İraq məhkəməsinin prosesi beynəxlaq standartlara uyğun keçirilməyəcəyi barədə narahatlığını bildirib.
XS
SM
MD
LG