Accessibility links

ADP-nin tərəfdarları həbs edilib


Azərbaycanda müxalif Demokrat Partiyasının lideri Rəsul Quliyevin onlarla tərəfdarı həbs edilib. Həmin şəxslər Rəsul Quliyevin vətənə qayıtması münasibəti ilə nümayiş cəhdində ittiham edilir. Rəsmilərin bildirdiyinə görə, müxalifətçilər dünən gecə ölkədə qarışıqlıq yaratmaq ittihamı ilə saxlanmışlar. Xatırladaq ki, 9 il əvvəl Azərbaycanı tərk edən parlamentin keçmiş spikeri Rəsul Quliyev Amerikada siyasi sığınacaq alıb. Azərbaycanın səlahiyyətli nümayəndələri R.Quliyevin dövlətin pulunu mənimsəməkdə ittiham edir.

XS
SM
MD
LG