Accessibility links

BMT quş qripinə qarşı mübarizəyə çağırır


BMT xəbərdarlıq edib ki, miqrator quşlar Avian qripini Yaxın Şərqə və Afrikaya yaya bilərlər ki, bu da insanların virusa yoluxması ehtimallarını çoxaldır. BMT-nin Ərzaq və Kənd Təssərüfatı Təşkilatı deyir ki, Yaxın Şərq və Şimali Afrika ölkələrinin hökumətləri quş qripinə qarşı mübarizə aparmağı bacarmalıdırlar. Amma narahatçılıq ifadə edilir ki, Şərqi Afrika bu xəstəliyin yayılma episentrinə çevrilə bilər. Çünki burada heyvanlarla insanlar daha yaxın təmasda olurlar. BMT agentliyi Afrika ölkələrinə vəhşi quşlara nəzarət işində yardım edəcəyinə söz verib.

Bu arada Rusiyada və Çində quş qripi virusunun aşkarlandığı xəbər verilidir. Qeyd edək ki, 2003-cü ildən bəri H5N1 virusuna yoluxma nəticəsində Asiyada 60 adam vəfat edib.

XS
SM
MD
LG