Accessibility links

Pakistan bərpa işləri üçün əlavə köməyə ehtiyac olduğunu bildirib


Pakistanın Təbbi Fəlakətlər Üzrə Agentliyinin direktoru general-mayor Fəruq Xan bildirib ki, oktyabr ayının səkkizində baş verən zəlzələ səbəbi ilə ölənlərin sayı 48 000, yaralanaların sayı isə 67 000 nəfərdir. Bu açıqlamanı general-mayor Müzəffərabad şəhər xəstəxanasının açılışı mərasimində verib. Cənab Xan həmçinin 100-dən artıq terapiya komandalarının xəstələrlə iş apardığını bildirib. General-mayor Pakistanın bərpa işləri üçün əlavə 5 milyard dollara ehtiyacı olduğunu deyib. Hindistan isə Kəşmirdə 1400 adamın ölümünə səbəb olan zəlzələdən sonra birbaşa telefon xətlərini açmaqla insanlara son 15 ildə ilk dəfə Pakistan Kəşmirindəki qohumları ilə danışmaq imkanı verib.
XS
SM
MD
LG