Accessibility links

Azərbaycanda daxili siyasi vəziyyət mövzusunda dəyirmi masa söhbəti.


Azərbaycanda daxili siyasi vəziyyət mövzusunda dəyirmi masa söhbəti. Dəyirmi masa söhbətində Bakıdan Turan informasiya agentliyinin şərhçisi Zəfər Quliyev və Amerikanın Səsinin Azərbaycan xidmətinin Bakıdakı müxbiri Tapdıq Fərhadoğlu iştirak edirlər. Müsavat başqanı İsa Qəmbər Kiyevdən dəyirmi masa söhbətinə qoşulmuşdur.

Azərbaycanın rəsmiləri keçmiş iqtisadi inkişaf naziri fərhad Əliyevin, sürügndəki müxalifət lideri Rəsul Quliyevin hökumət çevrilişi cəhdinə kömək etmə ittihamlı ilə həbs olunduğunu bildiriblər. Fərhad Əliyev Prezident tərəfindən vəzifəsindən azad edilməsindən bir gün sonra həbs olunub. Azərbaycan rəsmiləri eyni zamanda Səhiyyə Naziri Əli İnsanovun da vəzifəsindən azad olunduğunu bildiriblər. Digər tərəfdən təhlükəsizlik qüvvələri təhsil naziri Misir Mərdanovun evində axdarış aparıb. Digər tərəfdən bazarertəsi günü Ukraynada həbs olunan Rəsul Quliyev bu gün məhkəmə tərəfindən azadlığa buraxılıb. Ukrayna məhkəməsinin qərarında deyilib ki, doqquz il sürgündə yaşadıqdan sonra parlament seçkilərində iştirak üçün Azərbaycana qayıdmağa çalışan Cənab Quliyevin saxlanması üçün kifayət qədər səbəb yoxdur. Azərbaycanda əleyhinə cinayət işi qaldırılan Rəsul Quliyev bu gün Amerikanın səsinə verdiyi müsahibədə hökumətin Noyabrın altısında keçiriləcək seçkilərin nəticələrini saxdalaşdırmağa çalışacağını deyib. Azərbaycanın başqa müxalifət liderləri belə ittihamları irəli sürürlər.

XS
SM
MD
LG