Accessibility links

Vilma qasırğası Meksikaya çatıb


Sinoptiklər Vilma qasırğasının Meksikanın kurort adası Kozumelə çatdığını bildirirlər. Güclü külək və şiddətli yağışlar səbəbi ilə minlərlə turist sığınacaqlara yerləşdirilib. Amerikanın Milli Hava Xidmətinin bildirdiyinə görə, Vilma qasırğası Meksikanın Yukatan yarımadasına istiqamət almazdan əvvəl bir neçə saat Kozumeli təsirində saxlayacaq. Yavaş hərəkət edən bu qasırğanın çox təhlükəli olduğu bildirilir. Belə ki, qasırğanın özü ilə gətirdiyi küləyin sürəti saatda 230 km-dir.
XS
SM
MD
LG