Accessibility links

BMT yeni kampaniyaya başlayır


BMT dünyada QİÇS və HİV virusunun uşaqlara təsiri ilə bağlı kampaniyaya başlayıb. UNİSEF və BMT-nin yardım agentliyinin bildirdiyinə görə, HİV vurusunun daşıyıcısı olan uşaqların yalnız 5 faizi dərmanla təmin edilir. Milyonlar uşaq xəstəlik səbəbi ilə valideynlərini itirib. Agentliklər hər dəqiqə bir uşaqın QİÇS-lə əlaqədar xəstəliyə və ya HİV virusuna yoluxduğunu bildirir. BMT-nin kampaniyasının məqsədi uşaqların analarından bu xəstəliklərə yoluxması, gənclərin xəstəliyə tutulması ilə mübarizə və müalicənin mümkünlüyünü təmin etməkdir.
XS
SM
MD
LG