Accessibility links

BMT-nin yeni hesabatı açıqlanıb


BMT-nin son hesanatında deyilir ki, Livandakı silahlı qruplaşmalar Suriyanın 30 illik dominantlığından sonra ölkədə suverenlik və ərazi bütövlüyünün bərpasına mane olan qüvvələrdir. BMT-nin xüsusi nümayəndəsi Terj Roed Larsenin bildirdiyinə görə, Livan bəzi bölgələrində suverenliyə mane olan qruplara nəzarət edə bilmir. Qeyd edək ki, cənab Larsen BMT-nin Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsinə əsasən xarici qüvvələrin Livandan çıxarılması və Hezbulla kimi silahlı qruplaşmaların təkr-silahını nəzərdə tutan qətnamənin həyata keçirilməsinin məsuludur. Bu gün Nyu-Yorkda hesabatın açılandığı bir vaxt Livan qüvvələri fələstinlilərin Suriya sərhədlərindəki militant düşərgələri yaxınlığına yerləşdirilib.
XS
SM
MD
LG