Accessibility links

Amerikada İraq müharibəsi əleyhinə nümayişlər keçirilir


Amerikada İraq müharibəsi əleyhinə hərəkatın təcəssümü olan Sindi Şehan yenidən həbs edilib. Belə ki, o və digər müharibə əleyhdarları Ağ Ev qarşısında yerə uzanıb, İraqdakı əsgərlər kimi simvolik həlak olduqlarını nümayiş etdiriblər. Oğlunu İraq müharibəsində itirən ana ölənlərin sayının 2000 olduğu elan edildikdən sonra şamlarla əsgərlərin xatirəsinin anım mərasimini təşkil etmişdi. Eyni zamanda Nyu-York şəhərinin Taym meydanında yüzlərlə insan İraq müharibəsi əleyhinə nümayiş təşkil edib.
XS
SM
MD
LG