Accessibility links

İraqda ABŞ əsgərlərinin tələfatı yeni debatlara səbəb olub


İraqda həlak olan Amerika əsgərlərinin sayının 2000-ə çatması müharibə və bunun məqsədləri ilə bağlı yeni debatlara səbəb olub. Amerika tarixində digər müharibələrdə, ən sonuncu müharibə olan 1991-ci ilin körfəz müharibəsində həlak olan əsgərlərin sayı hələ belə yüksək olmamışdı. Tələfatın çoxluğuna baxmayaraq ABŞ prezidenti kursun dəyişdirilməyəcinə vəd verir. Bu həftə Amerika hərbiçilərinin ailə üzvləri ilə görüşən ABŞ prezidenti demişdi ki, Amerika İraqdakı missiyasını başa çatdırmalıdır. Amerika əsgərlərinin itkisi mətbuatın diqqət mərkəzindədir. 2003-cü ilin mart ayından başladılan müharibədə həlak olan iraqlıların sayı 30 000-dən yüksəkdir.
XS
SM
MD
LG