Accessibility links

İran prezidentinin bəyanatı rezonansa səbəb olub


İran prezidenti Mahmud Əhmədinejad İsrailin xəritədən silinməsi çağırışının beynalxalq ictimaiyyət tərəfindən qınanılmasını rədd edərək, bəyanatını düzgün və ədalətli adlandırıb. BMT-nin baş katibi Kofi Ənnan prezident Əhmədinejadın İsrailin məhvi çağırışını pisləyib. O, dünən verdiyi bəyanatda deyib ki, BMT üzvləri başqa dövlətə qarşı hədə-qorxular və ya hərbi qüvvədən istifadə edilməsinə yol verməmək kimi bir cavabdehliyə malikdir. Cənab Ənnan bildirib ki, İrana edəcəyi səfəri zamanı İranın rəsmilərilə müzakirə edəcəyi əsas məsələ Yaxın Şərqin bütün dövlətlərinin sülh şəraitində yaşaması olacaq. Xatrıladaq ki, İranın sərt-xətt tərəfdarı prezidenti Mahmud Əhmədinejad çərşənbə günü Tehranda keçirilən “Sionizmsiz Dünya” konfransında İsrailin xəritədən silinməsinə çağırmışdı. İranın İRNA xəbər agentliyi professor Firuz Müctəhidzadəyə istınadən bildirib ki, prezident Əhmidinejad yalnız sionizm ideyaloqiyası və Qüdsün işğalından söz acıb. Bu gün İranda İsrail əleyhinə nümayişlərdə on minlərlə adam iştirak edib. Nümayişçilər İsrail və Amerika bayraqlarını yandırmış və İsrailə ölüm şüarları səsləndirmişlər.
XS
SM
MD
LG