Accessibility links

ABŞ Konqresi İran prezidentinin bəyanatına qarşı qərar qəbul edib


Birləşmiş Ştatların Nümayəndələr Palatasının üzvləri İran prezidenti Mahmud Əhmədinejatın İsraili dağıtmaq barədəki bəyanatını pisləyiblər. Text: İran prezidenti Mahmud Əhmədinejatın öz bəyanatında “İsrail xəritədən silinməlidir” deməsi, Birləşmiş Ştatlar Konqresinin bütün üzvləri tərəfindən kəskin tənqidə məruz qalıb. Dünən, cümə günü Nümayəndələr Palatasında keçirilən gizli səsvermədə 383 lehinə və 0 əleyhinə olmaqla nümayəndələr İranın İsrailə qarşı olan bu bəyənatına münasibətlərini bildirmişlər. Beynəlxaslq Münasibərlər Komitəsinin nümayəndəsi, respublikaçı konqresmen Henri Hayd Nümayəndələr Palatasındakı çıxışında İranın belə bir bəyənatının iranlıların və ümumiyyətlə müsəlmanların təcridinə gətirib çıxara biləcəyini deyib. Nümayəndələr Palatasından, demokrat konqresmen Tom Lantos isə İran prezidentini veridyi bəyənatla əlaqədar Adolf Hitlerə bənzətmişdir. Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə BMT-nin Təhlükəsizlik Şurasını və bütün millətləri təcili olaraq İranın İsrailə qarşı verdiyi bəyənatına münasibət bildirməyə çağırır.
XS
SM
MD
LG