Accessibility links

Hindistanda güclü partlayışlar baş vermişdir


Hindistan rəsmilərinin bildirdiyinə görə, Yeni Dehlidə baş verən ardıcıl partlayışlar nəticəsində ən azı 49 adam ölmüş, 70 nəfər isə yaralanmışdır. Baş nazir Manmohan Sinqh bugünkü hadisə ilə bağlı şok və hiddətini izhar etmişdir. O, bu əməli törədənləri terrorçu adlandırsa da onların kimliyi haqda məlumat verməyib. Yerli polisin verdiyi xəbərə əsasən birinci partlayış bu şəhərin Pahargənc bazarında baş verib. İkinci partlayış isə şəhərin cənubunda yerləşən Sarocinidə olub. Qeyd edək ki, qarşıdan gələn Divali bayramı münasibətilə bu gün çoxlu sayda hindlilər bazarlıq edirdilər. Hindistanın rəqibi Pakistan baş verənləri kriminal terrorist aktı kimi qiymətləndirərək onları qətiyyətlə pisləyib.
XS
SM
MD
LG