Accessibility links

Şiələrin yaşayış məntəqələrinə hücumlar davam edir


Iraq polisi bildirir ki, Bağdadın şimalında Baquba şəhərinin yaxınlığındakı şiələrin yaşadığı Hoveydər qəsəbəsində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 20 nəfər həlak olub. Rəsmilər deyirlər ki, bomba partlayışı adamların iftardan əvvəl namaz qılmaq üçün məscidə toplaşdığı zaman baş verib. Xəstəxana rəsmiləri isə bildirilər ki, əməliyyatda çox sayda adam müxtəlif bədən xəsarəti alıb və bəzilərinin vəziyyəti ağırdır. Kərkükdə isə yola yerləşdirilmiş minanın partlaması nəticəsində 2 İraq polisi həlak olub. Amerika rəsmiləri isə 3 Amerika əsgərinin həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG