Accessibility links

Beta qasırğası Karib dənizi hövzəsinə tərəf irəliləyir


Beta qasırğası şiddətli külək və güclü yağışlarla Karib dənizi hövzəsinə istiqamət alıb. Amerikanın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, saatda 175 km sürətlə irəlriləyən Beta zəifləyərək, ikinci kateqoriyadan birə enib. Mərkəz qasırğanın Nikaraquaya yaxınlaşdıqca sürətini itirdiyi, lakin yağışların həyatlara hədə ola biləcəyi barədə xəbərdarlıq verir. Nikaraqua rəsmiləri on minlərlə insanı sığınacaqla təmin etmiş, Hondurasda isə fövqəadə vəziyyət ealn edilmişdir. Qetd edək ki, Beta Atlantik qasırğalar mövsümünün 23-cü qasırğasıdır.
XS
SM
MD
LG