Accessibility links

Kəşmir regionunda sərhədlərin açılması razılığı alqışlanır


Beynəlxalq yardım təşkilatlarının rəsmiləri Hindistanın və Pakistanın zəlzələdən zərər çəkmiş Kəşmir regionuna yardım məqsədi ilə hərbiləşdirilmiş sərhədlərinin açılmasına dair razılığını alqışlamışlar. Hər iki dövlət bildirib ki, noyabr ayının 7-dən etibarən sərhəd keçid məntəqələrinin beşinin açılışı gözlənilir. Üstünlük ailələri ayrı düşmüş şəxslərə veriləcək. BMT-nin humanitar məsələlər üzrə kordinatoru Rəşid Xalikov zəlzələ zonasına yardım daşınmasına kömək edəcək bu razılığı müsbət addım kimi qiymətləndirib. Lakin Himalayda qışın yaxınlaşması ilə milyonlarla evsiz-insanın sığınacaqla təmin edilməsi çətinləşəcək. Yardım işçiləri aclıq, xəstəliklər, izhal və xəsarətlərin minlərlə insanın ölümünə səbəb olacağından ehtiyat edirlər. Qeyd edək ki, üç həftə əvvəl 55 min adamın ölümünə səbəb olan zəlzələdən sonra 200 minə qədər insan hələ də yardımsız qalmışdır.
XS
SM
MD
LG