Accessibility links

ABŞ Ali Məhkəməsinə yeni hakim namizəd göstərildi


Prezident Buş Ali Məhkəməyə hakim vəzifəsinə Federal Apelyasiya məhkəməsinin hakimi Samuel Alitonu namizəd göstərib. ABŞ prezidenti bu gün səhər hakim Alitonun namizədliyini irəli sürərkən 1990-cu ildən bəri federal məhkəmədə çalışan Samuel Alitonu qanun sahəsində istedadlı bir mütəxəssis və ədalət prinsiplərinə sadiq, güclü xarakterə malik bir şəxs kimi qiymətləndirib. Prezident deyib ki, o, 70 il ərzində Ali Məhkəməyə namizəd göstərilən hər bir adamdan üstün təcrübəyə malikdir. Xatırladaq ki, prezident Buşun bu vəzifəyə namizəd göstərdiyi Harriyet Mayers namizədliyini geri götürmüşdür. Hakim Alito xanım Mayers kimi mühafizəkar baxışlara malikdir. Mühafizəkarlar hakim Alitonun namizədliyini alqışlasalar da, prezident Buşun demokrat senatorlarla qızğın mübarizəsi gözlənilir. Demokrat senatorlar təqaüdə çıxan mötədil hakim O’Konnorun yerinə qatı mühafizəkarın təyinatını Ali Məhkəməni ideoloji baxımdan dəyişəcəyindən narahatdır. 55 yaşlı hakim Aliton məhkəmədə ilk vəkillik işini 29 yaşında Ədliyyə Nazirliyinin vəkili kimi aparmışdı. Həmin gün ona birinci sualla, təsdiq ediliyi təqdirdə yerini tutacağı hakim Sandra Dey O’Konnor müraciət etmişdi.
XS
SM
MD
LG