Accessibility links

Bu gün ABŞ-da bayramdır


Bu gün oktyabr ayının 31-i Amerika Birləşmiş Ştatlarında Halluin bayramı qeyd edilir. Ənənəyə görə bu gecə insanlar vahimə yaradan paltarlar geyməlidir. Halluinin kökü qədim Britaniyaya gedib çıxır. Keltlərdən başlayan bu ənənə bu gün də davam etməkdədir. Qədim zamanlar bu gün vəfat etmiş insanların ruhları evlərinə çağırılarmış. O gün böyük tonqallar qalanar, şeytanlar qorxudularmış. Tarixçilərin dediyinə görə, bügünkü Halluinin ənənələri o vaxtların ənənələrinə çox yaxındır. Məsələn, balqabaq içərisində şam yandırılması həmin tonqalların rəmzidir. Üzlərə maskalar taxılması qədim dövrdə olduğu kimi kəndlilərin şeytanları qorxutmaq üçün taxdıqları maskaları xatırladır. Halluin gecəsi uşaqlar da eyni qaydada kostyumlar geyib, evbəev gəzib şirniyyat toplayırlar. “Trick or treat”, yəni pay və ya cəza sözləri Halluin gecəsinin əsas sözləridir. Milli pərakəndə satış mərkəzinin bildirdiyinə görə, bu il ən çox satılan kostyumlar şahzadə, cadugər qarı və ən populyar filmlərin qəhrəmanlarının paltarları olub. Halluin günü Nyu-Yokr kimi böyük şəhərlədə minlərlə adamın iştirakı ilə paradlar təşkil edilir.
XS
SM
MD
LG