Accessibility links

Məhbuslarla polis arasında toqquşma baş vermişdir


Qırğız polisi Bişkek ətrafındakı həbsxanaya daxil olduqdan sonra onlarla qiyamçılar arasında atışma baş vermişdir. Lakin polisin həbsxanaya nəzarət etdiyi bildirilir.

Polis bu gün səhər prezident Kurmanbek Bakiyevin birbaşa sərəncamına əsasən Bişkekin şimal-qərbində yerləşən Moldanovkadakı 31 nömrəli həbsxanaya reyd təşkil edilmişdir. Əməliyyatda həbsxananın yüksək rütbəli bir zabiti yaralanmışdırb. Polisin reydindən sonra məhbusların qohumları həbsxana ətrafına toplaşmışlar. Şahidlər dediyinə görə həbsxanada atışma 30 dəqiqə davam etmişdir.

Daxili işlər nazirliyinin xüsusi hərbi qüvvələri zirehli maşınların müşayəti ilə həbsxananı mühasirəyə almış və oraya daxil olmuslar. Hərbiçilər həbsxanada xeyli silah ələ keçirib. Hadisə qiyamçıların tanınmış liderini və onların muüttəfiqlərini Moldanovka həbsxanasından başqa bir həbsxanaya apararkən polislə məhbuslar arasında atışmalar baş verib. Qırğız rəsmiləri həbsxanada baş verən toqquşma barədə məlumatı təsdiq etmişlər. lakin onlar bu barədə ətraflı məlumat verməmişlər.

XS
SM
MD
LG