Accessibility links

Hindistan Kəşmirində 5 adam həlak olub


Hinditan Kəşmirinin yay paytaxtı Şrinaqarda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində intiharçı daxil olmaqla, 5 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Polisin yüksək rütbəli zabiti Munir Xanın bildirdiyinə görə, intiharçının idarə etdiyi maşın Şrinaqarın yaxınlığında adi patrul yoxlanış zamanı partlamışdır. Zabit hadisə zamanı ölənlər arasında polis işçiləri və milki vətəndaşların olduğunu bildirib. Əməliyyat Kəşmirin Nazirlər Şurasının yeni sədri, Kongres partiyasının lideri Qulam Nəbi Azadın vəzifəsinə başlamasından bir neçə saat əvvəl baş verib. Cənab Azad Kəşmir Xalq Demokratik partiyası ilə birlikdə koalisiya hökumətinə başçılıq edir. Hücumun məsuliyyətini mərkəzi Pakistanda yerləşən Ceyşe-Məhəmməd adlı separatçı qrup üzərinə götürüb. Bu qrup Kəşmirin Hindistanın nəzarəti altından çıxması uğrunda mübarizə aparır.
XS
SM
MD
LG