Accessibility links

Azərbaycan müxalifəti seçkilər azad olmasa nümayiş keçirəcək


Azərbaycan müxalifəti bazar günü parlament seçkiləri azad və ədalətli keçməsə, dinc nümayişə çıxacağına söz verib. Bu açıqlamanı Azərbaycan Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli verib. Əli Kərimlinin təxminlərinə görə, onun da partiyasının daxil olduğu “Azadlıq” bloku seçkilərdə qələbə çalacaq. “Azadlıq” blokunun Sumqayıda keçirdiyi mitinqdə azı iki min nəfərin iştirak etdiyi xəbər verilir. Azərbaycandan daxil olan digər məlumatlarda səsvermə günündən öncə namizədlərin böyük bir hissəsinin seçki marafonundan çıxdığı qeyd edilir. Bəzi namizədlər hökumət tərəfindən təzyiqlərə məruz qaldıqlarını deyiblər. Azərbaycanın Mərkəzi Seçki komissiyası 500 namizədin namizədliyini geri götürdüyünü bildirib.

Azərbaycanda parlament seçkiləri mövzusunda növbəti dəyirmi masa söhbətində "Azad və Ədalətli Seçkilər uğrunda" Məşvərət Şurasının sədri Arzu Abdullayeva, Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı və Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Mustafayev iştirak edirlər.

XS
SM
MD
LG